cərəyan sızqısı

ру утечка тока en current drain de Stromentnahme fr prise de courant es drenaje de corriente it consumo di corrente
cərəyan, güc
cərəyana tələbat
OBASTAN VİKİ
Cərəyan
Cərəyan bu mənaları ifadə edə bilər:
Cərəyan ayrılması
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyi Sabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır == Həmçinin bax == Gərginlik mənbəyi == İstinadlar == == Əlavə oxu == "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Cərəyan transformatoru
Cərəyan transformatoru — dəyişən cərəyanın ölçülməsi üçün istifadə olunan transformator növlərindən biridir. Bu transformator ikinci sarğısında birinci sarğıya proporsional olaraq, dəyişən cərəyan hasil edir. Gərginlik transformatorları ilə yanaşı cərəyan transformatorları ölçü transformatorlarıdır. Ölçü transformatorları mühafizə relesi və ölçü üçün cərəyan və gərginliyin standartlaşdırılmış kiçik qiymətlərini almağa imkan yaradır. Ölçü transformatorları sistemin ölçü və mühafizə dövrəsini yüksək gərginlikdən izolə edir. Cərəyan transformatorları sənayedə elektrik paylaşdırıcılarında və elektrik yarımstansiyalarında istifadə olunur. == Xarici keçidlər == Cərəyan transformatoru nədir?
Cərəyan şiddəti
Cərəyan şiddəti (və ya sadəcə "cərəyan") qiymətcə naqilin en kəsiyindən δ t {\displaystyle \delta t\,\!} zamanındada keçən δ q {\displaystyle \delta q\,\!} yükün miqdarının δt zamanına olan nisbətinə bərabər olan skalyar kəmiyyət. Cərəyan şiddəti I {\displaystyle I\,\!} hərfilə işarə olunur (bəzən də J {\displaystyle J\,\!} hərfilə işarə olunur. Amma bunu cərəyan sıxlığı olan j → {\displaystyle {\vec {j}}} vektor kəmiyyəti ilə qarışdırmaq olmaz):→ {\displaystyle {\vec {c}}} I = δ q δ t {\displaystyle I={\frac {\delta q}{\delta t}}} Cərəyan şiddəti ilə bağlı məsələ həlli üçün istifadə olunan əsas düstur Om qanunu hesab olunur: Elektrik dövrəsi üçün : I = U R {\displaystyle I={\frac {U}{R}}} — cərəyan şiddəti gərginliklə müqavimətin nisbətinə bərabərdir. Tam elektrik dövrəsi üçün: I = E R + r {\displaystyle I={\frac {E}{R+r}}} — burada E — EHQ, R — xarici müqavimət, r — daxili müqavimət. BS-də — 1 Amper (А) = 1 Kulon / saniyə. Dövrədəki cərəyan şiddətini ölçmək üçün xüsusi ampermetr adlanan cihazdan istifadə olunur. Kiçik ölçülü cərəyan şidddətinin dəyişməsini ölçmək üçün qalvanometrdən istifadə olunur.
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Nominal cərəyan
Nominal cərəyan - avadanlığın uzun müddət işləyə bildiyi, onun izolyasiya və cərəyandaşıyan hissələrinin qızma şərtinə görə yolverilən ən böyük cərəyandır. Nominal cərəyan demək olar ki, istənilən elektrik avadanlığının ( açarların, transformatorların, elektrik veriliş xətlərinin, şinlərin, elektrik yuvalarının və s.) əsas parametrlərindən biridir və avadanlıqların pasportunda göstərilir. EAQQ -də naqillərin qızmaya görə en kəsiklərinin seçilməsi üçün yolverilən cərəyan termini istifadə olunur. Elektrik avadanlıqlarının nominal cərəyanlarının sırası, A ( ГОСТ 6827-76 uyğun olaraq): 1. Bu seriya, əsas parametri nominal cərəyan olan elektrik avadanlığı və elektrik enerjisi qəbuledicilərinə aiddir. 2. İstehlakçı və istehsalçı arasındakı razılığa əsasən 37500, 75000, 150000 A cərəyanların istifadəsinə dəyişdirici aqreqatlar və onlar üçün nəzərdə tulumuş transformatorlara icazə verilir. 3. Mötərizədə göstərilən cərəyanların qiymətləri yeni layihələrdə istifadə edilmir. 4.
Sabit cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. Dəyişən cərəyan A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Transarktik cərəyan
Transarktik cərəyan — Şimal Buzlu okeanında ən əsas dəniz cərəyanlarından biri. Buz kütlələrinin hərəkətini təmin edir. O Alyaskadan Şpitsbergen və Qrenlandiyaya qədərki məsafədə uzanır. Cərəyan ən əsası çayların fəaliyyəti nəticəsində yaranır. Onların fəaliyyətində Asiya və Alyaskanın iri çayları böyük rol oynayır. Bu axın Berinq boğazı vastəsi ilə Sakit okeandan gələn hərəkətlə qüvvətlənir. Transarktik cərəyan xüsusilə süründürmə stansiyalarının təşkili üçün istifadə olunan buzun yönəldilmiş sürüşməsini təmin edən bir mexanizmdir. Althoff, William F. Drift Station: Arctic Outposts of Superpower Science. Potomac Books Inc. 2007, Dulles, Virginia.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Cərəyan (dəqiqləşdirmə)
Cərəyan bu mənaları ifadə edə bilər:
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
İqtisadi əsas cərəyan
İqtisadi əsas cərəyan (ing. mainstream — hakim cərəyan) və ya iqtisadi düşüncənin əsas axını — iqtisadçıların ümumiyyətlə onlardan başladığı, dünyada öyrədilən biliklər, nəzəriyyələr və iqtisadiyyat modelləri məcmusudur. "Ortodoksal iqtisadiyyat" olaraq da bilinən qeyri-adi iqtisadiyyatla fərqli məktəbləri və ya yalnız azlıqlı iqtisadçılar tərəfindən qəbul edilən yanaşmaları əhatə edən iqtisadiyyata qarşı qoymaq olar. İqtisadi peşə ümumiyyətlə neoklasik iqtisadiyyatla və neoklassik sintezlə əlaqələndirilir və XX əsrin ortalarından etibarən makroiqtisadiyyata Keynesian yanaşmasını da əhatə etmişdir. Neoklassik iqtisadi nəzəriyyənin əsas konsepsiyası fərdlərin rasional subyektlər kimi, iqtisadi sistemin isə tarazlığa can atması kimi fikirləridir. İqtisadiyyat bir çox iqtisadi düşüncə məktəbi ilə həmişə fərqlənmişdir və fərqli məktəblər fərqli ölkələrdə və zamanla fərqli şöhrət qazanmışlar. "İqtisadi əsas axın" ifadəsinin hazırkı istifadəsi II Dünya Müharibəsindən sonrakı dövr üçün, xüsusən də ingilisdilli dünyada və daha az qlobal səviyyədə xarakterikdir. Klassik iqtisadiyyatın inkişafından və yayılmasından əvvəl Avropada hakim məktəb merkantilizm idi, bu institusional məktəbdən daha çox əlaqəli fikirlər toplusu idi. XVIII əsrin sonunda şərti olaraq Adam Smitin "Millətlərin Sərvətinin Təbiəti və Səbəbləri haqqında Tədqiqat" adlanan müasir iqtisadiyyatın inkişafı ilə İngilis iqtisadiyyatı inkişaf etdi və indi klassik məktəb adlanan bölgədə üstünlük təşkil etməyə başladı. Xalqların zənginliyindən Böyük Depressiyaya qədər İngilis dilində danışan dünyada hakim məktəb klassik iqtisadiyyat idi və neoklassik iqtisadiyyat onun davamçısı idi.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.